qan və onun komponentlərinin donorluğu

Şəxsin könüllü surətdə yüksək humanizm və xeyirxahlıq göstərərək əhalinin sağlamlığının qorunmasında şərəfli iş kimi tibbi məqsədlər üçün öz qanını və onun komponentlərini verməsi

qan preparatları
qanın, qan komponentlərinin donorluğu
OBASTAN VİKİ
Qan
Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Naftalin və onun törəmələri
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
Tarix və onun problemləri
Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal. Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Rokko və onun qardaşları
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Qan və dəmir (nitq)
Qan və dəmir(alm Blut und Eisen) — Almaniya kansleri Otto fon Bismarkın 1862-ci il sentyabr ayının 30-da Almaniyanın birləşməsilə əlaqədar olan çıxışının başlığı. Nitqinin son hissələrində işlədilən bu sözlər Bismarkın ən məşhur sitatlarından birinə çevrilmişdir. 1862-ci ilin sentyabr ayında kral I Vilhelmin hərbi xərclərin artırılmasına dair tələbi Prusiya Əyalət Məclisində liberalların maneələrilə üzləşdi. Bununla əlaqədar olaraq Prusiya kralı I Vilhelm mühafizəkarların dəstəklədiyi Bismarkı baş nazir və xarici işlər naziri təyin etdi. Bir neçə gündən sonra Bismark Prusiya Əyalət Məclisinin Büdcə Komitəsinin qarşısında çıxış etdi və hərbi hazırlığın vacibliyini vurğuladı. Bismark öz çıxışını bu sözlərlə sonlandırdı: Prusiyanın Almaniyadakı mövqeyi onun liberal olub-olmaması ilə deyil, hərbi gücü ilə müəyyən olunacaq. Prusiya hərbi cəhətdən güclənməyə çalışmalı və artıq biz bir neçə dəfə dəyərləndirə bilmədiyimiz şansları dəyərləndirməliyik. Vyana müqaviləsində ədalətsiz şəkildə çəkilən Prusiya sərhədləri daxilində çox yaşaya bilmərik. Artıq problemlər 1848–1849-cu illərdə bizim üçün böyük səhv olduğunu bildiyimiz danışıqlar və müzakirələr zəminində yox, "qan və dəmir"lə həll olunacaq. Bismark çox uğurlu diplomat olmaqla yanaşı, işlətdiyi "qan və dəmir" ifadəsi onun xarici siyasətini təsvir edirdi.
Şərqdə neft və qan
Şərqdə neft və qan — Məhəmməd Əsəd bəy tərəfindən 1929-cu ildə almanca yazılan avtobioqrafiya məzmunlu tarixi-publisistik roman. Əsər Rusiya imperiyasının dağılışını, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır. Əsərin ilk hissələrində Azərbaycan hələ Rusiya imperiyasının tərkibindədir. Yazıçı neftin Bakını və mərkəzin Bakıya olan münasibətini necə dəyişdirməsindən, Bakıda xaricilərin tələblərinə cavab verə bilmək üçün teatr, kafe, çimərgə, klub və parkların salınmasından söz açır. Anası ilə atasının necə tanış olmasından bəhs edir. O, neft işçilərinin ağır vəziyyətindən, onların həyatının necə ucuz tutulmasından aşağıdakı cümlələrlə söz açır: Fəhlələr, əsasən Azərbaycanlı, Dağıstanlı, Fars və Ruslardan təşkil olunsa da, sonuncular işçi qüvvəsi kimi yararlı hesab olunmayıb. Kommunist düşüncələrin Rus işçilər arasında daha geniş yayılması qeyd olunur. Dağıstanlıların isə Bakıya gəlməkdə əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Onlarla yerli dilə yiyələnmiş Dağıstanda Azərbaycan dili öz asanlığına görə millətlərarası əlaqə dili hesab olunub. Yazıçı neft işçilərinin ağır iş şəraitini katorqa məhbuslarınınkı ilə müqayisə edir və neft işçilərinin daha ağır vəziyyətdə olduğu qənaətinə gəlir.
Leyla və Onun Dostları (1971)
== Məzmun == Musiqili bədii-sənədli film bəstəkar Oqtay Zülfüqarovun qızı, 8 yaşlı, balaca müğənni Leylaya həsr olunmuşdur. == Festivallar və mükafatlar == 1) Moskvada keçirilən Ümumdünya gənclər festivalı Film II dərəcəli Diploma layiq görülmüşdür. == Film haqqında == Bu, Azərbaycan televiziyasında çəkilmiş ilk bədii rəngli musiqili uşaq filmidir.
Mətn sənədi və onun obyektləri
Kompüterdən ən geniş istifadə olunan sahələrdən biri mətnlərin hazırlanmasıdır. Mətnlər hazırlanarkən çox zaman bir neçə dəfə dəyişdirilir. Kağızda edilən hər hansı dəyişikliyin izi qalır və buna gorə də istənilən kompüterdə mətnlərlə işləmək üçün xüsusi proqramlar – mətn redaktorları quraşdırılıb. Mətn redaktorunda hazırlanmış istənilən mətnə, ona daxil edilmiş mətn olmayan materiallarla birlikdə sənəd (document) deyilir. Mətn sənədinin obyektləri aşağıdakılardır: simvol, sətir, abzas, mətn cədvəl düstur diaqram rəsim, şəkil və s. Mətn redaktorunda yaradılan ən kiçik obyekt "simvol"dur.
Tarix və onun problemləri (jurnal)
Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal. Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Torpaq və Onun Münbitliyi (1952)
Elmi-kütləvi filmdir. Kinolent bol məhsul yetişdirmək üçün torpağın erroziyadan və şoranlaşmadan qorunma üsullarından bəhs edir.
Açıq cəmiyyət və onun düşmənləri
Açıq cəmiyyət və onun düşmənləri — 1938–1943-cü illərdə İkinci Dünya müharibəsi zamanı Karl Popper tərəfindən yazılmış siyasi fəlsəfəyə dair ikicildlik əsər. İlk dəfə 1945-ci ildə Londonda nəşr edilmişdir. SSRİ -də nəşr olunmamış, ilk dəfə 1992-ci ildə Rusiyada nəşr edilmişdir. Müəllif Platonun, Hegelin və Marksın əsərlərini tənqid edir, onları teleoloji historisizm nəzəriyyələri adlandırır və onların müəlliflərini totalitarizmin ideoloji əsasını təşkil etməkdə ittiham edir . == Quruluşu == Rus dilindəki nəşrinə olan ön sözdə Popper yazır :Hitlerin doğma Avstriyaya hücumu haqqında öyrəndiyim gün bu kitabı yazmağa qərar verdim […]. Kitab nasizm və kommunizmə — 1939-cu il paktının bir müddətlik müttəfiq etdiyi Hitler və Stalinə qarşı yönəlmişdi. Bu kitabda hitlerizmin yaranmasına səbəb olan tarixi izləmək qərarına gəldim və siniflər baxımından düşünən ilk siyasi ideoloq olan böyük filosof Platonun təlimlərinə müraciət etdim […]. Stalin fiquru məni Karl Marksın fəlsəfəsini öyrənməyə yönəltdi. Marksizmi tənqid edərkən mən özümü də müəyyən dərəcədə tənqid edirdim, çünki ilk gəncliyimdə marksist, hətta kommunist olmuşdum. (Bu təlimi rədd edəndə isə heç 17 yaşım yox idi.)Kitab iki cilddən ibarətdir: I cild.
Qan və qum (film, 1989)
Şərqdə neft və qan (roman)
Şərqdə neft və qan — Məhəmməd Əsəd bəy tərəfindən 1929-cu ildə almanca yazılan avtobioqrafiya məzmunlu tarixi-publisistik roman. Əsər Rusiya imperiyasının dağılışını, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır. Əsərin ilk hissələrində Azərbaycan hələ Rusiya imperiyasının tərkibindədir. Yazıçı neftin Bakını və mərkəzin Bakıya olan münasibətini necə dəyişdirməsindən, Bakıda xaricilərin tələblərinə cavab verə bilmək üçün teatr, kafe, çimərgə, klub və parkların salınmasından söz açır. Anası ilə atasının necə tanış olmasından bəhs edir. O, neft işçilərinin ağır vəziyyətindən, onların həyatının necə ucuz tutulmasından aşağıdakı cümlələrlə söz açır: Fəhlələr, əsasən Azərbaycanlı, Dağıstanlı, Fars və Ruslardan təşkil olunsa da, sonuncular işçi qüvvəsi kimi yararlı hesab olunmayıb. Kommunist düşüncələrin Rus işçilər arasında daha geniş yayılması qeyd olunur. Dağıstanlıların isə Bakıya gəlməkdə əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Onlarla yerli dilə yiyələnmiş Dağıstanda Azərbaycan dili öz asanlığına görə millətlərarası əlaqə dili hesab olunub. Yazıçı neft işçilərinin ağır iş şəraitini katorqa məhbuslarınınkı ilə müqayisə edir və neft işçilərinin daha ağır vəziyyətdə olduğu qənaətinə gəlir.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
Qan agenti
Qan agenti (ing. blood agent) — zəhərli kimyəvi agent qanda həll olaraq bədənə təsir edir. Qan agentləri, otaq temperaturunda zəif qoxu və rəngsiz qazlar şəklində ortaya çıxan potensial ölümcül zəhərlərdir. Bunlar ya siyanid, ya da arsen əsaslıdır. Qan agentləri nəfəs alma və ya qida yolu ilə işləyir. Kimyəvi silah olaraq qan agentləri adətən aerozollar şəklində yayılır və nəfəs yolu ilə təsir göstərir. Onların uçuculuğuna görə, məhdudlaşmış ərazilərdə açıq sahələrə nisbətən daha zəhərli olurlar. Siyanid birləşmələri təbii mühitdə və siqaret tüstüsündə az miqdarda olur. Onlar həmçinin bir neçə sənaye prosesində həmçinin pestisidlər kimi istifadə olunur. Siyanidlər sintetik parça və ya poliuretan yandıqda sərbəst buraxılır və beləliklə yanğınla əlaqəli ölümlərə səbəb ola bilər.
Qan damarları
Qan damarları — heyvanların və insanların bədənində elastik boru birləşmələri, qan və orqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə — venalar və damarlar vasitəsilə. Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır.
Qan dövranı
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Qan hüceyrələri
Qan hüceyrələri - Eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdir. Hüceyrələrin 99 % -dən çoxunu eritrositlər meydana gətirər. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər isə [[qanın laxtalanması] nda iştirak edirlər.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində — blóðörn) — Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qan qrupları
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Qan qrupu
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Qan sorucusu
Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ. Erkək fərd 10–15 mm uzunluqda olub, qarın nahiyəsində boylama istiqamətdə novşəkilli büküş vardır. Dişilər erkəklərə nisbətən bir az uzun (20mm) və ensiz olurlar. Dişi fərd erkəyin novşəkilli büküşündə yerləşir və onlara həmişə cüt halda təsadüf olunur. Bu xüsusiyyətlərinə görə də fəsiləyə şistozomatidlər adı verilmişdir ( şisto- ikiləşmiş, zoma- bədən deməkdir). Dişi fərd iti tikancığı olan yumurtalarını dal bağırsağın və sidik kisəsinin qan damarlarına tökür. Yumurtalar iri oval formada olub, uzunluğu 0,120-0,160 mm, eni isə 0,040-0,060 mm-dir. Yumurtalar tək-tək qoyulur, onda formalaşmış mirasidi sürfəsi olur. Yumurtada olan tikancıq vasitəsilə onlar sidik kisəsinə keçir və sidiklə xarici mühitə düşürlər.
Qan sporluları
Qan sporluları lat. Haemosporidia müxtəlif onurğalıların və insanın paraziti olub, sahib dəyişməklə inkişaf edir. Onların qeyri-cinsiyyətli çoxalması onurğalılarda, cinsiyyətli çoxalması isə müxtəlif həşərat növlərində gedir. Parazit öz inkişaf prosesində bir sahibdən digər sahibə bilavasitə verildiyindən bunlarda spor mərhələsi yoxdur. Malyariya plazmodisi üçün əsas sahib Anopheles maculipennis, aralıq sahib isə insandır. İnsanda L.Plasmodium cinsinin 4 növü parazitlik edir: P.vivax, P.ovale, P.falciparum, malyariyanın 3 günlük forması P.malariae - 4 günlük forması adlanır. P.falciparum tropik malyariyanın törədicisidir. P.falciparum-un qandakı inkişafı 48 saat müddətində tamamlansa da, iki qızdırma tutması arasındakı müddət bəzən 24 saat ola bilər. İnsanda ən çox yayılan forması P.vivax-dır. Haemoproteidae Dolfein, 1916 Plasmodiidae Mesnil, 1903 Garniidae Lainsonm, Landau et Shaw, 1971 Leucocytozoidae Fallis et Bennet, 1961 Parazitin inkişaf dövriyyəsi belədir: 1.
Qan təzyiqi
Qan təzyiqi — qanın damarda hərəkət sürətidir. Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur. Klassik Riva-Roççi manjet üsulu; İnvaziv qanlı Korotkov üsulu Sistola: 120 mm civə sütunu Diastola: 80 mm civə sütunu Keçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105–63 sayılırdı. Hal-hazırda normal təzyiq 120–80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120–60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat hiss edirsə, çay və ya qəhvə içə bilər.